Google şirkətinin və Alphabet holdinqinin həmtəsisçisi Sergey Brin şirkətdə çalışmağa geri dönüb. O, süni zəka texnologiyaları üzrə mütəxəssislər ilə birlikdə Gemini adlı sistemin hazırlanmasında yardımçı olur. Məlumatda qeyd edilib ki, son aylar ərzində Sergey Brin həftənin 3-4 gününü şirkətin baş ofisində çalışır. Məlumata əsasən Sergey Brin keçən ilin sonundan Google ofislərindən süni zəka texnologiyaları ilə bağlı iclaslarda aktiv şəkildə iştirak etməyə başlayıb. Qeyd etmək lazımdır ki, 2019-cu ildə o, Google şirkətinin sahibi olan Alphabet holdinqinin idarəçiliyindən ayrılmaq qərarını vermişdi.

    Lakin görünür, hal hazırda o öz qərarından daşınıb. Brin-in mütəmadi şəkildə Google-da olması öz növbəsində süni zəka sahəsindəki ciddi inkişafdan və onun bu sahəyə böyük marağından xəbər verir. Əvvəlki illərdə Google bu sahədə lider şirkət idi. Lakin öz rəqiblərindən fərqli olaraq Google hazır süni zəka məhsullarını sıx intensivlikdə təqdim etmirdi. OpenAI şirkətinin ChatGPT-ni istifadəyə verməsi və Microsaft ilə Meta şirkətlərinin bu sahədə aktiv çalışmaları səbəbilə Google da süni zəka yarışına tez bir zamanda qoşulmaq məcburiyyətində qaldı.

    Gemini adlı yeni layihə şirkətin universal süni zəka platformasını istifadəyə vermə cəhdidir. Google OpenAI şirkətinin GPT-4 adlı böyük dil modeli ilə rəqabət apara biləcək universal süni zəka platformasını istifadəyə verməyə hədəflənib. Google şirkətinin sözügedən layihəyə rəhbərlik edən top meneceri Demis Hassabis şirkət daxilindəki iclasda qeyd edib ki, platformanın bu il ərzində işə salınması planlaşdırılır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…