Apple şirkətinin tərkibinə daxil olan Beats brendi Studio Pro adlı yeni naqilsiz qulaqlığını satışa çıxarıb. Beats Studio Pro tanınan dizayna və səsin keyfiyyəti baxımından yeni imkanlara sahibdir. Beləliklə Beats Studio Pro 40 mm-lik audio drayverlərlə təchiz olunub və özündə personallaşdırılmış həcmli səslənmə funksiyasını birləşdirir. Bu funksiyanın dəstəyini əldə etmək üçün yeni naqilsiz qulaqlıq istifadəçi başının vəziyyətinin təyin edilməsi istiqamətində akselerometr və hiroskop ilə təchiz olunub.

    Şirkətin sözlərinə əsasən Beats Studio Pro yeni mikrofonlarla təchiz olunub və həmin mikrofonlar ətraf səs-küyün aktiv boğulması alqoritmlərinin keyfiyyətli şəkildə çalışmalarını təmin edirlər. Smartfona və ya digər cihaza qoşulmaq üçün naqilsiz qulaqlıq özündə Bluetooth 5.3 texnologiyasını, USB Type-C və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.

    Beats Studio Pro Android cihazlara Google Fast Pair texnologiyası üzərindən sürətli qoşulma imkanına sahibdir. Məlumata əsasən Beats Studio Pro 40 saat ərzində çalışa bilir. Ətraf səs-küyün boğulması funksiyasının aktiv olduğu halda isə bu göstərici 24 saat təşkil edir. 10 dəqiqə ərzində şarj öz növbəsində yeni naqilsiz qulaqlığın 4 saat ərzində çalışmasına imkan verir. Beats Studio Pro artıq 350$ qiymətində satışa çıxıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…