Counterpoint analitik şirkəti bu ilin ikinci rübü üzrə bütün dünyadakı smartfon satışlarının statistikasını təqdim edib. Təqdim edilmiş statistik göstəricilər bütün smartfon brendləri üçün heç də ürəkaçan deyillər. Beləliklə təqdim edilmiş statistikaya əsasən keçən ilin ikinci rübü ilə müqayisədə geridə qalmış 3 ay ərzində 8% daha az smartfon satılıb. Bu ilin birinci rübü ilə müqayisədə isə satışlar 5% aşağı düşüblər. Bu ayın əvvəlinə olan statistikaya əsasən smartfon bazarının lideri Samsung-dur. O, bazarın 22%-nə sahibdir.

    Analitiklərin fikirlərinə əsasən Samsung bu nailiyyəti özünün Galaxy A seriyasına daxil olan smartfonları hesabına əldə edib. Statistikanın ikinci yerində 17%-lik bazar payı göstəricisi ilə Apple şirkəti, üçüncü yerində isə 12%-lik göstərici ilə Xiaomi qərarlaşıb. İlk beşliyin son iki yerini vivo (10%) və OPPO (8%) şirkətləri tutublar. Analitiklər bildiriblər ki, qlobal smartfon satışlarının aşağı düşməsi premium cihazlar bazarına təsir göstərməyib. Qeyd edilmiş müddət üzrə ümumi smartfon satışlarının 20%-i məhz premium cihazların payına düşüb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…