Samsung-un mobil texnologiyalar şöbəsinin prezidenti Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində yeni məlumat verib. Onun sözlərinə əsasən təqdimata hazırlaşan yeni smartfonlar Galaxy Z seriyasının əvvəlki modellərindən daha nazik və yüngül olacaqlar. “Qalınlıq məsələsində millimetrlik fərq əhəmiyyətsiz bir fərq kimi görünsə də, qatlana bilən cihazın hər qrammı ilə millimetri ciddi texnoloji inkişafı tələb edir. Hər şey düzgün şəkildə reallaşdırıldığı halda istifadəçilər üçün fayda böyük olur. Buna görə də biz öz yeni qatlana bilən cihazlarımızı əvvəlki modellərdən daha yüngül və nazik etmək üçün innovasiyaları inteqrasiya etməli olduq” – deyə məlumatda qeyd edilib.

    Daha öncəki məlumat sızıntılarına əsasən Samsung öz yeni qatlana bilən smartfonlarını daha nazik və yüngül etmək üçün yeni növ şarnir konstruksiyasından istifadə edib. Yeni növ şarnir konstruksiyası hesabına hətta Galaxy Z Fold 5 modeli tam qatlanmış vəziyyətdə öz iki ekranı arasındakı boş aralıq hissədən məhrum olub. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonları 26 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində təqdim olunacaqlar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…