OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacağı gözlənilən OnePlus 12R smartfonunun render fotolarını təqdim edib. Daha öncəki OnePlus R modelləri kimi OnePlus 12R də əsas flaqman modelin bir qədər sadələşdirilmiş versiyası rolunda çıxış etməlidir. Fotolardan görmək olar ki, OnePlus 12R smartfonu xarici görünüşcə OnePlus 11-ə və bu ilin sonunda təqdim ediləcək OnePlus 12-yə bənzəyir. Bununla belə OnePlus 12R-in ekranının kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılacaq.

    Smartfonun arxa kamera sahəsinin dizaynı OnePlus 11 OnePlus 11R-də olan arxa kamera sahəsinin dizaynına bənzəyir. Bəzi məlumatlara əsasən OnePlus 12R smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışmalı və özündə 16 GB-a kimi RAM-ı, 256 GB-a kimi daxili yaddaş həcmini və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

5G-dən imtina smartfonun enerji səviyyəsinə necə təsir göstərir?

    İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş Speedtest servisinin tərtibatçıları mobil şəbəkə növünün…

Nintendo-nun növbəti portativ oyun konsolu düşünüldüyündən daha texnoloji ola bilər

    Bəzi insayderlərin fikirlərinə əsasən Nintendo şirkətinin növbəti portativ oyun konsolu (şərti adı…

Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdim edib

    Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni…

Xiaomi 13T Pro-nun real fotoları təqdim edilib

    Dünən məlum oldu ki, Xiaomi-nin hələ təqdim edilməmiş Xiaomi 13T smartfonunun Youtube-da…

Azercell-in 'İdeya İnkubasiyası Proqramı' çərçivəsində ADA tələbələri innovativ ideyalarının inkişafı üzərində işə başlayır!

    “Azercell Telekom” MMC-nin ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlıqda həyata…