Bir neçə gün bundan öncə məlum oldu ki, Tesla şirkəti 2019-cu ildə təqdim edilmiş Cybertruck adlı elektrikli pikapın kütləvi istehsalına sonunda start verib. Verilmiş yeni məlumata əsasən ilk Cybertruck modelləri qətt edilən yol üzrə gözlənildiyindən daha aşağı göstəricilərə sahib ola bilərlər. 2019-cu ildə baş tutmuş təqdimat zamanı qeyd edilmişdi ki, Cybertruck-ın ən bahalı versiyası bir dəfə şarj olunandan sonra demək olar 1000 km yol qətt edə biləcək. Lakin yeni məlumatlara əsasən ilk Cybertruck modelləri bir dəfə şarj olunandan sonra maksimum 565 km yol qətt edə biləcəklər.

    Gələcəkdə isə elektrikli pikapın 800 1000 km yol qətt etməyi bacaran versiyaları satışa çıxacaq. Qeyd etmək lazımdır ki, Tesla daha öncə Cybertruck-ın 400 km yol qətt etmə imkanına sahib versiyasını da planlaşdırırdı. Lakin nəticədə şirkət ondan imtina etdi. Beləliklə bir dəfə şarj olunandan sonra qətt edilən yol göstəricisi üzrə Tesla Cybertruck-ın 3 versiyası satılacaq. Şirkət bu ilin sonuna kimi 2000 ədəd Cybertruck istehsal etməyi planlaşdırır. Elektrikli pikapın hansı qiymətə satılacağı hələ tam dəqiq bilinmir. Lakin satış qiymətinin 40 000$-dan yüksək olacağı gözlənilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…