Çinin sosial şəbəkələrində Huawei Mate 60 flaqman smartfonu barəsində ilkin məlumatlar ortaya çıxmağa başlayıb. İnsayderlərin verdikləri məlumata əsasən Huawei Mate 60 smartfonu iPhone 14 Pro modellərinin fərqləndirici öəzlliklərindən birini əldə edəcək. Belə ki, insayderlər bildiriblər ki, Huawei şirkətinin bu yeni flaqman smartfonunun ekranı üzərində ön kameranın yerləşdirilməsi üçün nəzərdə tutulacaq oval formalı çıxıntı yerləşdiriləcək və xarici görünüşcə o, iPhone 14 Pro modellərinin ekranlarındakı Dynamic Island çıxıntısını xatırladacaq. Bununla belə şirkət onu yalnız dizayn özəlliyi kimi reallaşdırmayacaq. Məlumata əsasən Huawei oval formalı çıxıntı hissə üçün bir sıra sistem funksiyasının istifadəsini reallaşdıracaq. Huawei Mate 60 seriyasının sentyabr ayında təqdim ediləcəyi gözlənilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…