Honor bu il mütəmadi olaraq yeni cihazlar təqdim etməklə qeyri-adi aktivlik sərgiləyir. Hələ bir həftə bundan öncə şirkət Magic V2 adlı yeni qatlana bilən smartfonunu təqdim etmişdi. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən isə şirkət artıq yeni qatlana bilən smartfonu üzərində çalışır. Bəzi insayderlərin fikirlərinə əsasən şirkətin yeni qatlana bilən smartfonu Magic V Slim adını əldə edəcək.

    Digital Chat Station bildirib ki, yeni qatlana bilən smartfon xarici istiqamətə qatlana bilən 2K keyfiyyətli daxili ekranı özündə birləşdirəcək. Çinin Weibo sosial şəbəkəsində Magic V Slim-ə aid olduğu iddia edilən render foto da ortaya çıxıb. Bu fotonun həqiqətən də Honor-un yeni qatlana bilən smartfonuna aid olub-olmadığını söyləmək çətindir. Lakin çox güman ki, smartfon məhz bu cür görünüşə sahib olacaq. Honor Magic V Slim artıq bu ilin sonuna kimi təqdim oluna bilər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…