Dünən insayderlər OnePlus 12 flaqman smartfonunun qlobal bazarda nə zaman təqdim olunacağı barəsində məlumat vermişdilər. Dünənki məlumatda qeyd edilmişdi ki, OnePlus 12 qlobal bazarda gələn ilin fevral ayında təqdim ediləcək. Lakin indi insayderlər smartfonun qlobal bazarda yeni təqdimat müddətini açıqlayıblar. Məlumata əsasən smartfon qlobal bazarda daha tez təqdim edilə bilər.

    Qeyd etmək lazımdır ki, OnePlus 12-nin Çin bazarındakı təqdimatının bu ilin dekabr ayında baş tutacağı gözlənilir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən OnePlus 12-nin qlobal bazarda təqdimatı gələn ilin fevralında deyil, yanvarında baş tutacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 12 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru, 50 MP-lik əsas arxa kamera və 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Büdcəli Huawei nova Y71 smartfonu təqdim edilib – QİYMƏTİ

    Huawei şirkəti qlobal bazarda nova Y71 adlı yeni büdcəli smartfonunu təqdim edib.…

Redmi K70-in texniki göstəriciləri barəsində məlumatlar verilib

    Xiaomi-nin Redmi brendi Redmi K70 smartfon seriyası üzərində çalışmağa davam edir. İndi…

Apple macOS Sonoma-nın tərtibatçılar üçün növbəti beta versiyasını istifadəyə verib

    Apple şirkəti bugün iOS 17 və watchOS 10 əməliyyat sistemlərinin 7-ci beta…

Samsung Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır

    Samsung artıq bir neçə ildir ki, öz flaqman smartfonlarının Fan Edition (FE)…

James Webb iki qalaktikanın toqquşmasından formalaşmış yeni qalaktikanın fotosunu çəkib

    James Webb kosmik teleskopu NGC3256 adlı qalaktikanın fotosunu çəkib. Lakin bu fotonun…