Huawei şirkətinin bu il ərzində Mate 60 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. İndi isə insayderlər bu seriyaya daxil olacaq adi Mate 60-ın texniki göstəriciləri barəsində məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən Mate 60 şirkətin son bir neçə il ərzində 5G dəstəkli ilk smartfonu olacaq. Bəzi məlumatlara əsasən Mate 60 seriyası sentyabr ayında təqdim olunacaq. Mate 60-ın texniki göstəricilərinə gəldikdə isə onun Çin istehsalı 5G modemi özündə birləşdirəcəyi gözlənilir.

    Güman olunur ki, həmin 5G modem smartfonda olacaq Snapdragon 8 Gen 2 prosessorunun tərkibindəki 4G modem ilə birgə çalışacaq. Bununla yanaşı insayderlər bildirib ki, smartfon peyk şəbəkəsi funksiyasını dəstəkləyəcək. Məlumatda qeyd edilib ki, Mate 60 smartfonu 2880×1280 piksel keyfiyyətli 6.78 düym OLED ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Smartfon özündə 8/12/16 GB RAM-ı, 256/512 GB/1TB daxili yaddaş həcmini, 64 MP + 50 MP + 13 MP üçlü arxa kameranı və 88 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…