Nubia brendi bu ayın əvvəlində Çin bazarında Red Magic 8S Pro smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya Red Magic 8S Pro ilə yanaşı Red Magic 8S Pro+ da daxil oldu. İndi isə sözügedən brend bu seriyanın yalnız Red Magic 8S Pro modelini qlobal bazarda təqdim edib. Smartfonun qlobal bazarda satılacaq versiyası texniki göstəricilər baxımından demək olar Çində satılan versiya ilə eynidir. Lakin onların arasında bir fərq var.

    Belə ki, Red Magic 8S Pro-nun Çində satılan versiyası 80 vatt gücündə sürətli şarj texnologiyasını dəstəklədiyi halda qlobal bazarda satılacaq versiya 65 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Digər bütün özəlliklər baxımından smartfonlar eynidirlər. Əsas onu da qeyd etmək lazımdır ki, smartfonun 24 GB RAM-a sahib versiyası Çin bazarı üçün eksklüziv olaraq qalıb. Red Magic 8S Pro qlobal bazarda 3 gövdə rəngində satışa çıxacaq və hər bir gövdə rəngində fərqli RAM və daxili yaddaş kombinasiyası olacaq.

    Smartfon Midnight, Platinum Aurora adlı gövdə rənglərində satışa çıxacaq. Midnight gövdə rəngində smartfon 12 GB RAM 256 GB daxili yaddaş həcmi, Platinum gövdə rəngində 16 GB RAM 512 GB daxili yaddaş həcmi, Aurora gövdə rəngində isə 12 GB RAM 256 GB daxili yaddaş həcmi və 16 GB RAM512 GB yaddaş həcmi ilə satılacaq. Smartfon gələn ayın əvvəlində satışa çıxacaq. Midnight gövdə rənginə sahib model 650$-a, Platinum gövdə rənginə sahib model 780$-a, Aurora gövdə rənginə sahib model isə 780$-dan başlayan qiymətlə satılacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…