Elon Musk-ın verdiyi məlumata əsasən reklam gəlirlərinin 50% aşağı düşməsi və böyük maliyyə borcu səbəbilə Twitter-in gəlir axını mənfi olaraq qalır. Daha öncə Musk ümid edirdi ki, Twitter bu ilin iyun ayına kimi müsbət göstəricili gəlir axını nəticəsinə çata biləcək. Bu cür bəyanat onu göstərir ki, Musk-ın keçən ilin oktyabr ayında Twitter-i əldə etməsindən sonra şirkətin xərclərini azaltmaq istiqamətində reallaşdırılmış sərt tədbirlər sosial şəbəkənin müsbət göstəricili gəlir axını nəticəsinə çatmaq üçün yetəri olmayıblar. Bununla yanaşı bu, Twitter-in reklam gəlirlərinin ləng şəkildə bərpa olmasına işarə edir

    Bu isə Musk-ın gözləntilərinin tam əksidir. Hələ bir neçə ay bundan öncə Musk bildirmişdi ki, reklamçıların demək olar hamısı Twitter-ə geri qayıdıblar. Çoxlu sayda işçinin və bulud servisləri xərclərinin ixtisar edilməsindən sonra Musk bildirmişdi ki, sosial şəbəkə öz xərclərini ümumilikdə 1.5 milyard dollar azalda bilib. Daha öncə isə şirkətin bu ilə olan xərclərinin proqnozu 4.5 milyard dollar təşkil etmişdi. Bir neçə müüdət bundan öncə Twitter-in yeni CEO-su qismində Linda Yaccarino-nun təyin edilməsi şirkətlərə reklam satışlarının prioritetli olduğunu sərgilədi. Yaccarino öz yeni vəzifəsində keçən ayın əvvəlində çalışmağa başladı. O, investorlara bildirmişdi ki, sosial şəbəkə öz əsas diqqətini video formatlı kontentlərə, kontent yaradıcıları ilə əməkdaşlığa və ticarətə yönəldəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…