Kimliyi bilinməyən tərtibatçı özünün süni zəka əsaslı ChatGPT analoqunu yaradıb. Yaradılmış çat-bot WormGPT adını əldə edib. Lakin ChatGPT-dən fərqli olaraq WormGPT adlı çat-bot kibercinayətkarlara yarım üçün nəzərdə tutulub. WormGPT bu ilin mart ayında ortaya çıxmışdı. Lakin onun tərtibatçısı çat-botdan istifadə imkanını məşhur hacker forumlarından birində yalnız keçən ay satmağa başladı. ChatGPT və Google Bard-dan fərqli olaraq WormGPT qanunsuz fəaliyyət ilə bağlı suallara tərtib edilən cavablar məsələsində heç bir məhdudiyyətə sahib deyil. Bu faktı təsdiqləmək üçün çat-botun yaradıcısı onunla olmuş yazışmaların bir hissəsini fotolar şəklində sərgiləyib.

    Sərgilənmiş fotolarda çat-bot vasitəsilə Python proqramlaşdırma dilində zərərli proqram təminatı kodunun tərtib edilməsinin və kiberhücumların təşkil edilməsində məsləhətlərin əldə edilməsinin mümkünlüyü əks olunub. Mıəlumata əsasən WormGPT-nin əsasında GPT-J adlı nisbətən köhnəlmiş böyük dil modeli dayanır. Sözügedən dil modeli açıq mənbəli koda sahibdir və o, 2021-ci ildə istifadəyə verilib. Bu dil modeli zərərli proqram təminatı kodları barəsində məlumatlar əsasında təlimatlandırılıb. Buna görə də WormGPT-ni ərsəyə gətirmək elə də çətin bir iş olmayıb.

    Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SlashNext adlı şirkətin mütəxəssisləri bu çat-botu test ediblər. Mütəxəssislərin sorğularına cavab olaraq WormGPT korporativ elektron poçt ünvanına fişinq (phishing) məqsədli kiberhücumun reallaşdırılması üçün nəzərdə tutulmuş elektron məktubu tərtib edə bilib. Tərtib edilmiş məktub inandırıcı görünüb və özündə uğurlu kiberhücumun reallaşdırılması üçün nəzərdə tutulmuş ağıllı strateji həll üsullarını birləşdirib. Sözügedən çat-botun yaradıcısı ondan aylıq istifadə haqqını 60 avro qiymətində təyin edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…