6 iyul tarixində Meta tərəfindən istifadəyə verilmiş Twitter analoqu Threads-in istifadəçi kütləsi artıq 100 milyonu keçib. Lakin Sensor Tower Similarweb şirkətlərinin verdikləri məlumata əsasən Threads-in istifadəyə verildiyi həftənin sonundan sonra ona olmuş maraq o qədər də böyük olmayıb. Məlumatda qeyd edilib ki, Threads-in istifadəyə verildiyi ilk günlərdə o, istifadəçilər arasında çox məşhur olub və bunun hesabına onun istifadəçi kütləsi sürətlə artıb. İndi isə onda aktivliyin azalması müşahidə edilir. Məlumata əsasən 8 iyul tarixindəki statistika ilə müqayisədə keçən həftənin cərşənbə axşamı və çərşənbə günlərində Threads-də aktiv istifadəçilərin sayı 20% daha aşağı olub.

    Yeni sosial şəbəkədə istifadəçilərin keçirdikləri ortalama zaman göstəricisi isə 50% aşağı düşüb. Yəni 20 dəqiqədən 10 dəqiqəyə. Başqa sözlə desək, Theads-in istifadəyə verildiyi həftənin sonundan sonra ona olan maraq getdikcə azalmağa başladı. Analitiklərin fikirlərinə əsasən ilk günlərdə yeni sosial şəbəkə ətrafında olmuş səs-küyə baxmayaraq Threads istifadəçilər arasında tələb olunan servisə çevrilmək üçün uzun və ciddi yol getməli olacaq. Meta şirkətinin dəstəyi və Instagram-la sıx inteqrasiya öz növbəsində Threads-ə vacib üstünlüklər qazandırır. Lakin şirkət yeni servisi daha geniş imkanlar və üstünlüklərlə təmin etməlidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…