Apple keçən il 5-ci nəsil iPad Air planşetinin təqdim etmişdi. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın verdiyi məlumata əsasən isə şirkət hal hazırda növbəti nəsil iPad Air üzərində çalışır. İnsayder bildirib ki, 6-cı nəsil iPad Air planşetini bu il ərzində gözləmək lazım deyil. Əgər hər şey plan üzrə getsə Apple yeni iPad Air modelini 2024-cü ildə təqdim edəcək. Təəssüflər olsun ki, 6-cı nəsil iPad Air planşetinin texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, iPad Air 6 modeli iPad Air 5-in xarici görünüşünü və yenilənmiş texniki göstəriciləri əldə edəcək. Çox güman ki, iPad Air 6 modeli M2 prosessoru və Thunderbolt girişi ilə təchiz olunacaq.