İnsayderlər Google servislərini əhatə edəcək yeni funksiyanın dokumentasiyasını aşkar ediblər. Söhbət, yenilənmələrə dəvət funksiyasından gedir. Bu cür dəvət bildirişi avtomatik və ya cihaz istehsalçısının arzusu sayəsində təqdim olunacaq və sistem yenilənməsinin reklamı rolunda çıxış edəcək. İstifadəçiyə bu üsul vasitəsilə təqdim ediləcək yeni növ bildirişdə sistem yenilənməsinin əsas funksiyalarının siyahısı təqdim ediləcək. Bu cür bildirişin əsas məqsədi istifadəçiləri öz cihazlarını yeniləməyə sövq etmək və yeni funksiyalar barəsində təsvirləri yaratmaqdır. Sözügedən yeni bildiriş funksiyası Google servisləri tərkibinə daxildir o, Google (OTA) bulud yenilənməsi vasitəsilə aktivləşdirilə bilər.