Valideyn himayəsindən məhrum gənclərin həyat bacarıqlarını artırmaq məqsədilə təşkil olunan layihənin növbəti mərhələsində iştirakçılar yeni təlim proqramları keçib.

    “Azercell Telekom” Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları və gəncləri diqqət mərkəzində saxlayaraq onların inkişafını və təhsilini dəstəkləməyi davam etdirir. Ölkənin lider mobil operatorunun “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ilə tərəfdaşlıqda uzunmüddətli “Gənclər bacarır!” layihəsinin növbəti mərhələsi çərçivəsində benefisiarlarla görüşlər keçirilib, seminarlar təşkil edilib. 

    Proqramda 15-25 yaş aralığında həssas qrupa aid 100 gəncin uğurlu məşğulluğu üçün zəruri olan əsas bacarıqlar aşkarlanıb, təlimçilərlə birgə sözügedən bacarıqların təkmilləşdirilməsi üzərində müxtəlif çalışmalar həyata keçirilib. “YouthLinks” platformasında modullara qoşulub praktiki çalışmaları yerinə yetirmək  üçün SOS Uşaq Kəndi və icmaların yetirmələri təlimata uyğun olaraq qeydiyyatdan keçiblər. Valideyn himayəsindən məhrum gənclərin hüquqlarını qorumaq, cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyan layihədə onlar məşğulluq yolunda qarşılaşdıqları maneələri aşmaq,  uğurlu iş və karyera qurmaq üçün lazımlı biliklər əldə ediblər; müxtəlif təcrübə və beynəlxalq könüllülük proqramlarına müraciət üçün dövlət, biznes və beynəlxalq layihələrlə tanış olublar. Uzunmüddətli layihənin son mərhələsində peşə hazırlığını bitirmiş gənclərin həmin peşə sahələrində təcrübə və mentorluq proqramı keçməsi planlaşdırılıb.

    Qeyd edək ki, 2022-ci ildən etibarən Azercell-in təqdim etdiyi qrant sayəsində həyata keçirilən “Gənclər bacarır!” layihəsi gənclərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsi və məşğulluğunun təmin edilməsinə müsbət təsir göstərəcək, onların aidiyyəti əmək sahələrində işə yerləşməsinə yardım edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…