Xiaomi şirkəti aprel ayında Xiaomi Pad 6 və Pad 6 Pro planşetlərini təqdim etmişdi. İndi isə şirkət Pad 6 Max adlı yeni planşetinin təqdimatına hazırlaşır. Sözügedən yeni planşet artıq Çinin 3C adlı sertifikatlaşdırma mərkəzində sertifikatlaşdırmadan keçib. Bunun sayəsində yeni planşetin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub. Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən Xiaomi Pad 6 Max planşeti 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Təəssüflər olsun ki, sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında planşet barəsində digər bir məlumat əks olunmayıb. Lakin onun artıq sertifikatlaşdırmadan keçməsi planşetin yaxın zamanda təqdim olunacağına işarə edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…