OnePlus hələ bir neçə müddət bundan öncə rəsmi olaraq elan etmişdi ki, onun ilk qatlana bilən smartfonu gələn ay təqdim ediləcək. Bu yaxınlarda isə məlum oldu ki, şirkətin ilk qatlana bilən smartfonu OnePlus Open adını əldə edə bilər. İnsayderlər sözügedən smartfonun konkret təqdimat tarixi barəsində məlumatı təqdim ediblər. Onların sözlərinə əsasən OnePlus-ın ilk qatlana bilən smartfonu 29 avqust tarixində təqdim ediləcək.

    Son məlumat sızıntılarına əsasən OnePlus Open 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili AMOLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym xarici AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM-ı, 256 GB daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 64 MP + 48 MP + 48 MP üçlü arxa kameraya və iki ədəd ön kameraya sahib olacaq. Daxili ekran üzərində 20 MP-lik ön kamera, xarici ekran üzərində isə 32 MP-lik ön kamera yerləşəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…