Çin Kiberməkan İdarəsi (CAC) ölkənin digər tənzimləyici orqanları ilə birlikdə generativ süni zəka sistemlərinin tənzimlənməsi üçün nəzərdə tutulmuş ilk qaydaların hazırlanmasını yekunlaşdırıb. Hazırlanmış qaydalar 15 avqust tarixində qüvvəyə minəcəklər. Bu öz növbəsindöə ölkənin sürətlə inkişaf edən bu sahəni nə dərəcədə idarə altına almaq istəməsini göstərir. Generativ süni zəka sistemləri İT sahənin hal hazırda sürətlə inkişaf edən texnologiyasıdır və bu texnologiya müxtəlif növ kontentləri tərtib etməyi bacaran süni zəka sistemlərini əhatə edir. Buna ən bariz nümunə kimi OpenAI tərəfindən yaradılmış süni zəka əsaslı ChatGPT çat-botunu gətirmək olar. ChatGPT-nin qısa zaman ərzində böyük uğur qazanması bütün dünyada onun analoqlarının istifadəyə verilməsinə səbəb oldu.

    Çinin texnoloji nəhəngləri də bu istiqamətdə öz məhsulları üzərində aktiv şəkildə çalışırlar və artıq bəzi generativ süni zəka sistemlərini istifadəyə veriblər. Bu cür sistemlər böyük həcmli məlumatlar əsasında təlimatlandırılır. Bu fakt isə öz növbəsində dünyanın bir çox tənzimləyici orqanının narahatlıqlarına səbəb olub. Öz daxili internet şəbəkəsini ciddi şəkildə idarə edən Çin hökuməti də süni zəkanın inkişafını yaxından izləyir. Çinin tənzimləyici orqanları narahatdırlar ki, bu cür sistemlər Pekinin ideologiyasına və baxışlarına zidd ola biləcək kontentləri tərtib edə bilərlər. Məhz bu səbəbdən Çinin texnoloji nəhəngləri generativ süni zəka sistemlərini işə salan zaman bu məsələyə böyük diqqət ayırırlar.

    Adi istifadəçilərə hədəflənmiş süni zəka əsaslı servislərin istifadəyə verilməsi əvəzinə Çindən olan şirkətlər öz süni zəka əsaslı məhsullarını əsasən korporativ səviyyədə istifadəyə verirlər. Bununla belə CAC-ın generativ süni zəka ilə bağlı hazırlamış olduğu qaydalar texnoloji nəhənglərə bu texnologiya ilə çalışmaq üçün əsas yaradırlar. Hazırlanmış qaydalar yalnız geniş miqyasda istifadəyə verilmiş generativ süni zəka sistemlərini əhatə edəcəklər. CAC təmsilçiləri bildiriblər ki, generativ süni zəka sistemləri müvafiq lisenziya ilə təmin olunmalı olacaqlar. Əgər tərtibatçı bu cür məhsulda qeyri-qanuni kontent aşkar edərsə, o, qeyri-qanuni kontentin tərtib edilməsi prosesinin dayandırılması üçün müvafiq tədbirləri görməli, alqoritmi yaxşılaşdırmalı və baş vermiş hadisə barəsində tənzimləyici orqana məlumat verməli olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…