Hindistanın Dukaan adlı şirkəti öz dəstək xidməti işçilərinin 90%-ni ixtisar edib və onların işlərini süni zəka əsaslı çat-bota həvalə edib. Nəticədə məlum olub ki, dəstək xidməti işçilərinin işlərini yerinə yetirən süni zəka əsaslı çat-bot prosesi daha effetiv şəkildə reallaşdırır. Bununla yanaşı onun istifadəsi daha ucuz başa gəlir. Qeyd etmək lazımdır ki, Dukaan müxtəlif internet mağazaların tez bir zamanda işə salınması üçün nəzərdə tutulmuş platformanı təklif edir

     Şirkətin təsisçisi Suumit Shah bildirib ki, dəstək xidməti işçilərinin süni zəka əsaslı çat-bot ilə əvəz edilməsi öz növbəsində müştəriyə təqdim edilən ilk cavabın təqdim edilmə müddətini 1 dəqiqə 44 saniyədən sıfıra endirməyə imkan verib. Dəstək xidməti vasitəsilə həll edilən bu və ya digər problemin ortalama həll edilmə müddəti isə 2 saat 13 dəqiqədən 3 dəqiqə 12 saniyəyə enib. Şirkət öz müştərilərinin dəstəklərini təmin etmək üçün sərf etdiyi vəsaiti 85% aşağı sala bilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…