ABŞ Federal Ticarət Komissiyası süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkətinə qarşı istintaqa start verib. Məlumatda qeyd edilib ki, komissiya bu barədə OpenAI şirkətinə rəsmi bildirişi göndərib. OpenAI barəsində yoxlanışların aparılmasının əsas səbəbi isə şirkətin süni zəka əsaslı böyük dil modellərinin konfidensiallığın qorunması üzrə ədalətsiz və aldadıcı üsullar vasitəsilə yaradılmaları ehtimalıdır.
Bu isə öz növbəsində istehlakçılara təsir göstərmiş ola bilər. Komissiya tərəfindən şirkətə göndərilmiş məktubda 49 ədəd sual yer alıb və onların əksəriyyəti konfidensial məlumatları əhatə edir. Bununla yanaşı komissiya şirkətin ChatGPT-nin təlimatlandırılmasında hansı məlumatlardan istifadə etdiyi, istifadə edilən məlumatların necə əldə edildiyi və çat-botun istifadəçilərin konfidensial məlumatlarını əldə etməməsi üçün hansı tədbirlərin görüldüyü ilə maraqlanır.