OnePlus şirkətinin növbəti flaqman smartfonlarından biri də OnePlus 12 olacaq. Şirkət hal hazırda bu smartfon üzərində aktiv şəkildə çalışmağa davam edir. Smartfonun rəsmi şəkildə nə zaman təqdim olunacağı bilinmir. Lakin gözləntilərə əsasən təqdimat bu ilin sonunda baş tutmalıdır. İndi isə insayderlər OnePlus 12-nin təqdimat müddəti barəsində məlumat veriblər. Onların sözlərinə əsasən OnePlus 12 dekabr ayında təqdim olunacaq.
Lakin smartfon ilk növbədə Çində təqdim olunacaq və satışa çıxacaq. 2024-cü ildə isə smartfonun qlobal versiyası təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 12 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym OLED ekran, Snapdragon 8 Gen 3 prosessoru, 50 MP-lik əsas arxa kamera və 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.