Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung Galaxy S24 Ultra smartfonu yeni texnologiya əsasında hazırlanacaq batareya ilə təchiz olunacaq. İndi isə insayderlər yenilənmiş batareyanın prototipi barəsində məlumatları təqdim ediblər. Məlumatda qeyd edilib ki, yeni texnologiya batareyanın sürətli şarj özəlliyini daha da sürətləndirəcək və batareyanın öz həcmini böyüdəcək. Lakin yeni batareyanın əsas mənfi cəhəti yüksək temperatur göstəricisi olacaq. İnsayderlər bildiriblər ki, Samsung yeni növ batareyanın istehsal prosesini artıq yoluna qoyub.

    Məlumata əsasən yeni növ batareyanın əsas üstünlüklərindən biri onun daxili elementlərinin yüksək sıxlıqlarıdır. Bunun sayəsində batareyanın ölçülərini dəyişmədən onun həcmini 10% yüksəltmək mümkün olub. Lakin batareyanın əsas mənfi cəhəti özünün yüksək temperatura kimi qızması və smartfonun daxili komponentlərini qızdırmasıdır. Samsung batareyanın yüksək temperaturda qızmasının qarşısını almaq üçün xüsusi geldən istifadə etməyi planlaşdırır. Məlumatda həmçinin qeyd edilib ki, sözügedən yeni növ batareyaya yalnız Galaxy S24+ və Galaxy S24 Ultra modelləri sahib olacaqlar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…