6 iyul tarixində istifadəyə verilmiş Threads adlı yeni sosial şəbəkənin məşhurluğunun artması səbəbilə .com .ru domenləri üzrə olan veb resurslara fişinq (phishing) hücumlarının sayı artıb. Dələduzlar istifadəçilərə Threads-i kənar resurslardan yükləməyi və sözügedən sosial şəbəkə daxilində abunəçi sayının artırılmasını təklif edirlər. Bu barədə məlumatı Kaspersky şirkəti verib. Şirkət təmsilçisinin sözlərinə əsasən dələduzlar yeni sosial şəbəkənin istifadəçilər arasında böyük məşhurluğundan sui-istifadə edirlər. Kaspersky mütəxəssisləri dələduzluq məqsədli veb resursları aşkar ediblər. Həmin veb resurslar Threads-də abunəçi sayının guya pulsuz şəkildə artırılması imkanını verirlər.

    “Bu cür veb resurslarda final mərhələdə istifadəçilərə hədiyyəli konkurslarda iştirak təklifi edilir. Hədiyyəli konkursda iştirak üçün isə onlarda müəyyən vəsaitin ödənilməsi tələb edilir. Məhz bu üsul ilə istifadəçilər öz vəsaitlərini itirirlər” – deyə Kaspersky mütəxəssisi qeyd edib. Digər bir dələduzluq sxemi çərçivəsində isə dələduzlar istifadəçilərə Threads Coins adlı mövcud olmayan kriptovalyutaya investisiya yatırmağı təklif edirlər. İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər şirkətlər də bu cür problemlər ilə qarşılaşıblar.

    Məsələn təhlükəsizliyin idarəsi üzrə vahid platforma kimi fəaliyyət göstərən Veriti 10 iyul tarixində Threads-i yükləməyi təklif edən bir neçə kənar sayt aşkar etmişdi. Aşkar edilmiş saytlar .com domeninə sahibdirlər. Bu cür saytlar istifadəçiləri Google Drive bulud yaddaşına yönləndirirlər. Nəticədə istifadəçilər öz cihazlarına zərərli APK faylı yükləmiş olurlar. Məlumatda qeyd edilib ki, Threads-in özündə kriptovalyuta fəaliyyəti ilə bağlı çoxlu sayda saxta hesab ortaya çıxıb. 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…