Honor şirkəti özünün Play seriyasının 5G dəstəkli yeni smartfonunu təqdim edib. Söhbət, Honor Play 40C-dən gedir. Sözügedən yeni smartfon Honor-un klassik dizaynına, böyük ölçülü ekrana, Snapdragon prosessoruna və böyük həcmli batareyaya sahibdir. Beləliklə Honor Play 40C smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib.
Smartfon üstəlik özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilər baxımından Honor Play 40C smartfonu Snapdragon 480+ prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumçlu batareya ilə təchiz olunub. Smartfon MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Honor Play 40C artıq Çin bazarında 126$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.