Google şirkəti Google Play Store-da olan Android tətbiqlər üçün blockchain kontentlər barəsində yeni siyasətini işə salacaq. Bu ilin 7 dekabr tarixində qüvvəyə minəcək yeni siyasət kriptovalyuta birjalarını, elektron portmanatları, NFT-ni və loot box-ları əhatə edəcək. Blockchain tərəfindən qorunan tokenləşdirilmiş rəqəmsal aktivlər üçün Google şirkətinin yeni siyasəti üzrə qaydalar aşağıdakı kimi olacaq.

– Kriptovalyuta birjaları və elektron portmanatlar fəaliyyət göstərdikləri regionların qanunvericiliklərinə uyğun olmalıdırlar. Kriptovalyutaların alışı, saxlanması və mübadiləsi tənzimlənən yurisdiksiyalarda sertifikatlaşdırılmış servislər vasitəsilə reallaşdırılmalıdır. Google bildirib ki, o bu halda tərtibatçılardan əlavə məlumatların təqdim edilməsini tələb edə bilər. Bu, tərtibatçıların yeni qanun və normalara uyğun olduqlarından əmin olmaq üçün ediləcək

– Tokenləşdirilmiş rəqəmsal aktivlərin satılmasını və ya qazanılmasını mümkün edən istənilən tətbiq bu prosesləri reallaşdırdığını təsdiq etməli olacaq. Bununla əlaqədar olaraq tərtibatçılar oyun və ya ticarət fəaliyyətindən potensial gəlirləri reklam edə bilməzlər

– Qumar kateqoriyasına daxil olan və özündə NFT kimi rəqəmsal aktivləri birləşdirən istənilən oyun tətbiqi Google şirkətinin sorğuların baxılması üçün nəzərdə tutulmuş xüsusi yoxlanışından keçməli olacaq. Şirkətin tələblərinə uyğun olmayacaq tətbiqlərdə qiyməti məlum olmayan NFT-nin pul qarşılığında əldə edilməsi şansı mümkün olmayacaq.

    Google şirkətinin yeni qanunları həmçinin cihazlarda kriptovalyuta mayninqini də qadağan edir. Bu qadağa daha öncə də var idi. Lakin o, maliyyə xidmətləri hissəsindən əsas Google qaydalarına köçürülüb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…