Bir neçə saat bundan öncə məlumat ortaya çıxdı ki, Xiaomi-nin növbəti qatlana bilən smartfonu olacaq Mix Fold 3 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. İndi isə insayderlər Mix Fold 3-ün sxematik fotosunu təqdim ediblər. Təqdim edilmiş sxematik fotoya əsasən Mix Fold 3-ün xarici görünüşü Mix Fold 2-nin xarici görünüşündən o qədər də fərqlənməyəcək. Bununla yanaşı əgər bu sxematik foto həqiqəti əks etdirirsə, deməli Mix Fold 3 smartfonu 5 qat zoom-a sahib teleobyektiv ilə təchiz olunacaq. Heç istisna deyil ki, smartfon həmçinin 3.2 qat zoom-a sahib əlavə teleobyektivi də əldə etsin. Qeyd etmək lazımdır ki, rəsmi məlumata əsasən Xiaomi-nin yeni qatlana bilən smartfonu gələn ay təqdim olunacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…