İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render fotodan da görmək olar ki, smartfon xarici görünüşcə Nokia-nın son bir neçə il ərzində satışa çıxmış digər smartfonlarını xatırladır. Nokia G42 5G smartfonu üçlü arxa kameraya və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəyə sahib olacaq. Son məlumat sızıntılarına əsasən smartfon HD+ keyfiyyətli 6.56 düym IPS ekran, Snapdragon 480 Plus prosessoru, 4 GB və ya 6 GB RAM, 128 GB daxili yaddaş həcmi və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Nokia G42 5G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.