Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf ediblər. Lakin kəşf edilmiş 6 yeni ulduzdan biri bizim Günəşdən 120 dəfə daha sürətlə hərəkət edir. Bu cür ulduzlara qaçaq ulduzlar deyirlər. Belə ki, onlar ulduzlararası ətraf kosmik mühitdə çox yüksək sürətlə hərəkət edirlər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Süd Yolu qalaktikasında Günəşin hərəkət sürəti saniyədə 19.4 km təşkil edir. Qaçaq ulduzların sürətləri isə saniyədə 1000 km-ə çata bilir.

    Gaia adlı teleskop tərəfindən əldə edilmiş məlumatları analiz edərək bu cür yüksək sürətlə hərəkət edən 6 yeni ulduz kəşf edilib. Kəşf edilmiş 6 yeni ulduz arasında J0927 J1235 adlı iki ulduz saniyədə 1500 km-dən yüksək sürətlə hərəkət edir. Belə ki, J1235 adlı ulduz saniyədə 2285 km, J0927 adlı ulduz isə saniyədə 1694 km sürətlə hərəkət edir. Bu cür yüksək sürət halında qalaktikanın qravitasiyası onları yerində saxlaya bilmir. Bu səbəbdən də həmin ulduzlar Süd Yolu qalaktikasından ayrılacaqlar. Yerdə qalan 4 ədəd ulduz isə saniyədə 1000 km-dən yüksək sürətlə hərəkət edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Samsung Galaxy Ring adlı smart üzüyünün kütləvi istehsalına hazırlaşır

    Son 1 il ərzində ortaya çıxmış müxtəlif məlumatlara əsasən Samsung şirkəti yeni…