Elon Musk-ın bəyanatına əsasən Starship raketinin ikinci cəhddən Yer kürəsinin orbitinə çıxması şansı çox böyükdür. Məlumata əsasən şirkət Starship-in ilk orbital uçuşunun ikinci cəhdini reallaşdırmağa artıq hazırdır. Şirkət sadəcə olaraq müvafiq tənzimləyici orqandan icazənin verilməsini gözləyir. Məlumatda qeyd edilib ki, Starship-in ikinci uçuş cəhdi çərçivəsində ən təhlükəli proses kosmik gəminin öz mühərriklərinin işə salınması olacaq. Məsələ burasındadır ki, kosmik gəminin mühərrikləri onun sürətləndirici raketə bitişik olduğu zaman işə salınacaq.

    “Təbii ki, biz bunu ilk dəfədir edirik. Mən hətta deyərdim ki, bu, ikinci uçuş cəhdinin ən riskli anıdır. Əgər mühərriklər işə düşsə və kosmik gəmi start anında partlamasa, düşünürəm ki, biz bu uçuş missiyasını uğurla keçirtmə şanslarına sahib olacağıq” – deyə Musk qeyd edib. Qeyd etmək lazımdır ki, Starship SpaceX şirkətinin ən güclü və insanlar tərəfindən indiyənə kimi hazırlanmış ən böyük raketidir. Musk-ın planına əsasən bu raket sistemi Starlink peyklərinin Yer kürəsinin orbitinə çatdırılmasında və insanların Ay ilə Marsa göndərilməsində istifadə ediləcək. Lakin Starship hələ heç Yer kürəsinin orbitinə də çatmayıb. Aprel ayında keçirilmiş ilk uçuş cəhdi çərçivəsində kosmik gəmi sürətləndirici raketdən ayrıla bilmədiyi üçün o, havada olan zaman partladılmışdı.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Elon Musk, Barack Obama kimi şəxslərin Twitter hesablarını hack etmiş 24 yaşlı gənc barəsində məhkəmə qərarı verilib

    Bir neçə gün bundan öncə Nyu-York məhkəməsi internetdə PlugWalkJoe ləqəbi ilə tanınan…

Samsung Galaxy A25 5G smartfonu Geekbench testlərindən keçib

    Samsung şirkətinin hal hazırda üzərində çalışdığı smartfonlar arasında Galaxy A seriyasına daxil…

Samsung Galaxy Tab S9 FE Plus planşeti üzərində çalışır

    26 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində Samsung-un təqdim edəcəyi…

Lenovo Legion 9i adlı yeni güclü gaming noutbuku təqdim edilib – QİYMƏTİ

    Lenovo şirkəti IFA 2023 sərgisi çərçivəsində Legion brendinin yeni noutbukunu təqdim edib.…

Instagram hesabını silmədən Threads-dəki hesabı silmək mümkün olacaq

    Meta şirkəti Threads adlı yeni sosial şəbəkəsini istifadəyə verəndən sonra bir mövzu…