Google şirkəti artıq uzun illərdir ki, axtarış sistemləri üzrə qlobal bazarda liderdir. Microsoft isə uzun illər ərzində özünün Bing axtarış sistemi vasitəsilə bu bazarın bir hissəsinə sahib olmağa çalışır. Məlum olub ki, Microsoft Google şirkətinin axtarış sistemləri bazarındakı monopoliyasını zəiflətmək üçün artıq 100 milyard dollar vəsait sərf edib. Bu barədə məlumatı Microsoft şirkətinin CEO-su Satya Nadella məhkəmə prosesində şahidlik edərək təqdim edib.

    Qeyd etmək lazımdır ki, ABŞ Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət axtarış sistemləri bazarında öz üstünlüklərindən istifadə edərək monopoliyanın yaradılmasında günahlandırılır. Ədliyyə Nazirliyi bu məsələni keçən aydan araşdırır. Tərəflər arasında gedən məhkəmə prosesində iştirak etmiş Satya Nadella bildirib ki, qeyd edilmiş 100 milyard dollar Bing axtarış sisteminin hazırlanmasına və inkişaf etdirilməsinə sərf edilib.

    Təəssüflər olsun ki, Microsoft-un bu qədər vəsaiti hansı müddət ərzində sərf etdiyi barəsində məlumat verilməyib. Bununla belə bu qədər vəsaitin sərf edilməsi ilə hansı nailiyyətlərin əldə edilməsi də tam aydın deyil. Bununla belə Satya Nadella-nın sözlərinə əsasən Google şirkəti 97%-lik payı ilə axtarış sistemləri bazarında dominantlığını qoruyub saxlayır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

iPhone 15 Pro və iPhone 15 Pro Max-da NFC ilə bağlı problemlər yaşanır

    İnternetdə bəzi BMW sürücüləri şikayətlənməyə başlayıblar. Belə ki, sürücülərin sözlərinə əsasən onların…

NVIDIA GeForce RTX 5090 videokartı barəsində ilk məlumatlar ortaya çıxıb

    Heç şübhəsiz NVIDIA şirkəti hal hazırda GeForce RTX 5090 videokartı üzərində çalışır.…

Starship-in ilk orbital uçuşunun ikinci cəhdi gələn ay baş tuta bilər

    SpaceX şirkəti özünün Starship kosmik gəmisinin ilk orbital uçuşunun ikinci cəhdi üçün…

Lenovo Legion Y700 planşetinin texniki göstəriciləri ortaya çıxıb

    22 iyul tarixində Lenovo şirkəti Lenovo Legion Y700 planşetini təqdim edəcək. İndi…

Çin istehsalı qatlana bilən smartfonlar bazarı ələ keçirirlər

    Counterpoint analitik şirkəti qlobal bazarda qatlana bilən smartfonların satışları üzrə statistikanı təqdim…