Xiaomi 14 Pro flaqman smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə insayderlər sözügedən smartfonun ekranı barəsində ətraflı məlumatları paylaşıblar. Beləliklə onların sözlərinə əsasən Xiaomi 14 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym LTPO AMOLED ekranla təchiz olunacaq. Ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 300 nit təşkil edəcək.

    Üstəlik məlumatda qeyd edilib ki, ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Şirkət ekranda HDR10+, Dolby Vision texnologiyalarının dəstəklərini reallaşdırıb. Digər texniki imkanlara gəldikdə isə Xiaomi 14 Pro Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalı və özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə 120 vatt gücündə sürətli şarj texnologiyalı 4500-5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Xiaomi 14 smartfon seriyasının gələn ayın ortasına kimi təqdim ediləcəyi gözlənilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

USB-C dəstəkli AirPods Pro 2 təqdim edilib – QİYMƏTİ

    Apple dünən gecə baş tutmuş təqdimat tədbiri çərçivəsində əsas məhsulları ilə yanaşı…

Apple iPhone 14 ilə iPhone 15-də ucuz batareyalardan istifadə etmiş ola bilər

    Bir neçə ay bundan öncə iPhone 14 istifadəçiləri smartfonlardakı batareyaların enerjilərinin tez…

Picsart-a süni zəka vasitəsilə animasiyalı GIF-lərin tərtib edilməsi funksiyası əlavə edilib

    Picsart adlı məşhur foto redaktor tətbiqi süni zəka əsasında animasiyalı GIF-lərin tərtib…

Hidrogen yanacaq və CO2-nin atmosferdən yığılması qlobal istiliyin qarşısını ala bilməyəcəklər

    Beynəlxalq Energetika Agentliyi (IEA) 2050-ci ilə kimi karbon neytrallığının əldə edilməsi üçün…

iPhone-nun Çində qadağa miqyası daha da genişləndiriləcək

    Dünən xəbər ortaya çıxdı ki, Çin hökuməti öz məmurlarına iş yerlərində iPhone-lardan…