Artıq sabah Google şirkəti Pixel 8 smartfon seriyasını təqdim edəcək. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyası Tensor G3 prosessoru vasitəsilə çalışacaq. Təqdimata bir gün qalmış isə insayderlər Tensor G3 prosessoru barəsində məlumatları təqdim ediblər. Beləliklə təqdim edilmiş məlumata əsasən bu, 9 nüvəli prosessordur. O özündə 2.91 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsini, 2.37 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A715 nüvəsini və 1.7 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir. Prosessorda qrafik imkanlardan isə Mali-G715 qrafik çipi cavabdehdir. Məlumatda qeyd edilib ki, Tensor G3 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Redmi Note 13 Pro+ smartfonu Geekbench testlərindən keçib

    Redmi Note 13 smartfon seriyası artıq bir neçə gündən sonra təqdim ediləcək.…

Bütün Samsung Galaxy S24 modelləri titan çərçivəyə sahib ola bilərlər

    Samsung öz smartfonlarında titan materialın istifadəsi məsələsində Apple şirkətini geridə qoya bilər.…

Samsung Galaxy Tab S9 planşetləri təqdim olunub – QİYMƏTİ

    Qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə…

Xiaomi 14-ün təqdimatı artıq çox yaxındır

    XiaomiUI saytının müəllifləri bildiriblər ki, onlar MIUI 15 istifadəçi interfeysinin test versiyasında…

ABŞ Federal Ticarət Komissiyası OpenAI şirkətinə qarşı istintaqa start verib

    ABŞ Federal Ticarət Komissiyası süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI…