Google şirkəti Google Pixel 8 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya adi Pixel 8Pixel 8 Pro modelləri daxil oldular. Bu smartfonlar xarici görünüşcə demək olar bir-birilərinə bənzəyirlər. Lakin onların arasında texniki göstəricilər baxımından fərq var. İlk öncə Pixel 8-dən başlayaq. Pixel 7-dən fərqli olaraq Pixel 8 smartfonu daha yüksək tezlikli təsvir yenilənməsinə sahib ekranı, daha güclü prosessoru və böyük həcmli batareyanı əldə edib. Pixel 7 ilə müqayisədə Pixel 8 daha dairəvi formalı gövdəni əldə edib. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400х1080 piksel keyfiyyətli 6.17 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir və o, Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub.

    Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Google Pixel 8-in gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Tensor G3 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.68 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 125.8 dərəcə bucaq əhatəsi) ikili arxa kamera, 10.5 MP-lik ön kamera və 27 vatt gücündə sürətli şarj texnologiyalı 4575 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Pixel 8 modeli həmçinin 18 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir.

    İndi isə keçək Pixel 8 Pro modelinə. Pixel 8 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2992×1344 piksel keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2400 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Adi Pixel 8-də olduğu kimi Pixel 8 Pro-nun da gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə NFC çipi birləşdirir.

    Əsas texniki göstəricilərə gəldikdə isə Pixel 8 Pro modeli Tensor G3 prosessoru, 12 GB RAM, 128/256/512 GB/ 1 TB (1 TB-lıq versiya yalnız ABŞ bazarı üçün) daxili yaddaş həcmi, 50 MP (f/1.68 diafraqma, optik stabilizasiya) + 48 MP (f/1.95 diafraqma, 125.5 dərəcə bucaq əhatəsi) + 48 MP (f/2.8 diafraqma, 5 qat optik zoom, 30 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kamera, 10.5 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5050 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Pixel 8 Pro həmçinin 23 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Pixel 8 Pro-nun daha bir maraqlı özəlliyi ondadır ki, onun kamera obyektivlərinin yerləşdikləri sahəsinin kənarında infraqırmızı termometr sensoru yerləşir. O, bədən temperaturunun ölçülməsi üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, hər iki Pixel 8 modeli Android 14 vasitəsilə çalışır. Google bildirib ki, o bu smartfonlar üçün 7 il ərzində Android və təhlükəsizlik yenilənmələrini təmin edəcək. Smartfonlar yaxın günlərdə satışa çıxacaqlar. Adi Pixel 8-in qiyməti 699$-dan, Pixel 8 Pro-nun qiyməti isə 999$-dan start götürəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…