Acer şirkəti Google ilə birlikdə Acer Chromebook Plus 514 adlı yeni Chromebook-u təqdim edib. Sözügedən yeni noutbuk Google şirkətinin yenicə təqdim etmiş olduğu Chromebook Plus platforması əsasında hazırlanıb. Beləliklə Acer Chromebook Plus 514 modeli 1920×1200 piksel keyfiyyətli 14 düym WUXGA ekranla təchiz olunub. Ekranın yuxarı çərçivəsində Full HD keyfiyyətli veb kamera yerləşdirilib. Sözügedən Chromebook-un gövdəsi MIL-STD-810H7 dözümlülük standartına sahibdir.

    Acer Chromebook Plus 514 noutbuku RDNA 2 qrafikasına sahib AMD Ryzen 7000 prosessoru vasitəsilə çalışır və özündə 16 GB-a kimi RAM ilə 512 GB-a kimi SSD-ni birləşdirir. Acer-in sözlərinə əsasən sözügedən chromebook bir dəfə şarj olunandan sonra 12 saat ərzində çalışa bilir. Acer Chromebook Plus 514 özündə 2 ədəd USB 3.2 Type-C, 1 ədəd USB 3.2 Type-A və 1 ədəd HDMI girişini birləşdirir. O həmçinin Wi-Fi 6EBluetooth 5.1 texnologiyalarının dəstəklərinə sahibdir. Acer Chromebook Plus 514 bu ayın sonuna kimi satışa çıxacaq və onun qiyməti Avropa bazarında 479 avrodan start götürəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…