1 ay bundan öncə məlumat ortaya çıxdı ki, Google şirkəti Android 14-ün stabil versiyasını bir qədər təxirə salıb. Belə ki, şirkət adətən hər yeni Android-in stabil versiyasını sentyabr ayının əvvəlində istifadəyə verir. Güman edilirdi ki, şirkət Android 14-ün stabil versiyasını oktyabr ayının əvvəlində istifadəyə verəcək. İndi isə insayderlər bu məlumatı təsdiqləyiblər. Onların sözlərinə əsasən hal hazırda satışda olan Pixel smartfonları artıq sabah Android U-nu əldə edəcəklər. Əməliyyat sisteminin adında olan U hərfi isə Android 14-ün kod adına işarə edir. Söhbət, Upside Down Cake-dən gedir. Böyük ehtimalla daha sonrakı günlərdə Android 14-ün stabil versiyası digər smartfon brendləri üçün də istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, Google sabah Pixel 8 smartfon seriyasını və Pixel Watch 2 smart saatını təqdim edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

    Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində…

Samsung Galaxy S24 və S24+ smartfonlarının ekran ölçüləri böyüyə bilər

    Samsung-un Galaxy S24 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu…

Huawei qlobal smartfon bazarına geri qayıtmağa hazırlaşır

      Görünür, Huawei Mate 60 smartfonlarında Kirin 9000s prosessorunun istifadəsi qarşıdan gələn…

Huawei Mate 60 Pro+ smartfonu təqdim edilib

    Huawei şirkəti Mate X5 adlı yeni qatlana bilən smartfon ilə yanaşı həmçinin…

Google Android-in təhlükəsizlik sistemini gücləndirəcək

    Android-də zərərli proqram təminatlarının aşkar edilməsi üçün Google Play Protect sistemindən istifadə…