OnLeaks ləqəbli məşhur insayder keçən həftə Samsung Galaxy S24S24 Ultra smartfonlarının render fotolarını təqdim etmişdi. İndi isə insayder Galaxy S24+ modelinin render fotolarını təqdim edib. Galaxy S24-də olduğu kimi Galaxy S24+ modelində də şirkət dizaynı ciddi şəkildə dəyişmək qərarına gəlməyib. Galaxy S24+ modelini adi Galaxy S24 modelindən fərqləndirən faktorlar daha yastı kənar çərçivələr və LED işıqlandırmanın yerləşmə yeridir.

    Digər bütün dizayn cəhətləri baxımından smartfonlar eynidir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı və arxa paneldə yerləşən 3 ədəd kamera obyektivi. Gözləntilərə əsasən Galaxy S24+ modeli 6.7 düym ekran və Snapdragon 8 Gen 3 / Exynos 2400 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyası gələn ilin əvvəlində təqdim olunacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Huawei nova 11 SE smartfonu üzərində çalışır

    Huawei aprel ayında nova 11 smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya nova…

Apple yeni Apple Pencil üzərində çalışır

    Dünən məlumat ortaya çıxdı ki, Apple şirkəti 2025-ci ildə Apple Watch Ultra…

James Webb tarixdə ilk dəfə protoplanet diskində su kəşf edib

    Su bioloji həyat növünün formalaşması üçün vacib olan faktorlardan biridir. Lakin bunun…

ABŞ-da vətəndaşlardan biri Google Maps-dəki səhv ucbatından həyatını itirib

    ABŞ-ın Şimali Karolina ştatındakı bir ailə bir neçə gün bundan öncə Google…