Keçən həftənin sonunda satışa çıxmış iPhone 15 smartfon seriyasına daxil olan iPhone 15 Pro iPhone 15 Pro Max modellərinin yüksək temperatura kimi qızmalarına səbəb olan faktorların axtarışına müxtəlif mütəxəssislər qoşulublar. Onlardan bəzilərinin fikirlərinə əsasən sözügedən iPhone 15 modellərinin gövdələrində olan titan çərçivə istiliyi daha pis şəkildə yayır və hu səbəbdən də A17 Pro prosessorunu süni şəkildə zəiflətmək lazım gələcək. Apple şirkətinin vermiş olduğu rəsmi məlumata əsasən bunu etməyə ehtiyac yoxdur. Şirkətin sözlərinə əsasən iPhone 15 Pro və iPhone 15 Pro Max-ın qızması smartfonların əldə olunmalarından və proqram təminatlarının quraşdırılmalarından sonrakı ilk bir neçə gün ərzində mümkündür.

    Bundan əlavə olaraq smartfonların qızmalarının əsas səbəbkarı iOS 17-nin kodunda olan bir səhvdir və o, yaxın zamanda təqdim olunacaq sistem yenilənməsi sayəsində aradan qaldırılacaq. Şirkət həmçinin qeyd edib ki, smartfonların qızmaları kənar tərtibatçıların tətbiqlərinin çalışmaları nəticəsində də baş verə bilər. Bu istiqamətdə onlarla müzakirələr aparılır. Bu cür kənar tətbiqlərə misal olaraq Instagram-ı, Uber-i və Asphalt 9-u gətirmək olar. Bəzi kənar tərtibatçılar öz tətbiqlərində iPhone 15 Pro modellərinin qızmalarına səbəb olan səhvləri aradan qaldırıblar. Apple şirkəti iPhone 15 Pro modellərinin gövdələrinin və gövdələrdə istifadə edilən titan çərçivənin smartfonların qızmalarına səbəb olmaları fikrini qətiyyətlə inkar edir.

    Şirkətin sözlərinə əsasən iPhone 14 modellərindəki gövdələrdən fərqli olaraq iPhone 15 Pro modellərinin gövdələri istilik keçiriciliyi mövzusunda daha yaxşı şərtləri təmin edirlər. Şirkət onu da qeyd edib ki, iOS 17 üçün hazırlanan sistem yenilənməsi iPhone 15 Pro modellərində olan A17 Pro prosessorunun zəiflədilməsinə istiqamətlənməyib. Şirkət tərəfindən təklif edilən həll yolu uzun müddətli perspektivdə smartfonların performanslarına mənfi təsir göstərməyəcək. iPhone 15 Pro modellərində qızma problemini aradan qaldıracaq iOS 17 yenilənməsinin nə zaman təqdim ediləcəyi barəsində məlumat verilməyib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…