Google şirkəti iyun ayında öz ilk qatlana bilən smartfonu Pixel Fold-u təqdim etmişdi. İndi isə görünür, şirkət yeni qatlana bilən smartfon üzərində çalışır. Belə ki, 9to5google saytının əməkdaşları Google Pixel Buds tətbiqinin kodunda bilinməyən cihazın kod adını aşkar ediblər. Söhbət, Comet kod adından gedir. Məsələn sabah təqdim ediləcək Pixel 8 modeli Shiba kod adına, Pixel 8 Pro isə Husky kod adına sahibdir. Gələn il təqdim ediləcək Pixel 9 modeli Komodo kod adına, Pixel 9 Pro isə Cairman kod adına sahibdir. Buna görə də belə qənaətə gəlmək olar ki, Comet kod adı Pixel Fold-un davamçısına və ya tamamilə yeni bir cihaza aiddir. Tamamilə yeni cihaz dedikdə isə Google Pixel Flip nəzərdə tutulur. Comet kod adına sahib cihaz barəsində ətraflı bir məlumat yoxdur. Onun nə zaman təqdim olunacağı da bilinmir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Yeni virus fotolardan istifadəçilərin konfidensial məlumatlarını oğurlayır

    Son illərdə dələduzlar istifadəçilərin konfidensial məlumatlarını oğurlamağa hədəflənmiş çoxlu sayda üsul fikirləşiblər.…

Apple Vision Pro investorlarda AR/VR sahəyə yenidən maraq oyadıb

    Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed…

HarmonyOS 4-ün əslində hansı Android versiyasının əsasında çalışdığı məlum olub

    1 ay bundan öncə Huawei şirkəti HarmonyOS 4 əməliyyat sistemini təqdim etdi.…

Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb

    Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab…

Youtube Shorts videolarının ümumi statistik göstəricisi açıqlanıb

    Google şirkəti bildirib ki, Youtube Shorts videolarını ay ərzində 2 milyard istifadəçi…