Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda yeni Galaxy FE cihazlarının nə zaman təqdim olunacaqlarını açıqlayıb. Şirkətin rəsmi məlumatına əsasən təqdimat tədbiri 4 oktyabr tarixində Hindistanda baş tutacaq. Qeyd etmək lazımdır ki, eyni gündə Google şirkəti özünün Pixel 8 smartfon seriyasını təqdim edəcək. Təqdimat tədbiri çərçivəsində Samsung Galaxy Tab S9 FE planşetlərini və Galaxy Buds FE naqilsiz qulaqlığını təqdim edəcək.

    Lakin təqdimatda əsas diqqət çoxdan gözlənilən Galaxy S23 FE smartfonuna ayrılacaq. Son məlumat sızıntılarına əsasən Galaxy S23 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym AMOLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 1 / Exynos 2200 prosessoru vasitəsilə çalışmalı və özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kamera ilə 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Huawei öz smartfonları üçün fərdi kamera sensorlarını hazırlayır

    Çinli insayderlərdən birinin vermiş olduğu məlumata əsasən Huawei şirkəti özünün kamera sensorlarını hazırlayır…

Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb

    Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləşdirilməsi üzərində…

Microsoft Windows 11 21H2-nin dəstəyinin dayandırılacağını elan edib

    Microsoft elan edib ki, Windows 11-in 21H2 nömrəli bir neçə versiyasının dəstəyi…

Starship-in ikinci cəhddən Yer kürəsinin orbitinə çatma şansı böyükdür

    Elon Musk-ın bəyanatına əsasən Starship raketinin ikinci cəhddən Yer kürəsinin orbitinə çıxması…

iPhone 15 modellərinin hansı həcmdə batareyalara sahib olacaqları məlum olub

    iPhone 15 smartfon seriyasının sentyabrda təqdim olunacağına baxmayaraq onun barəsində məlumatlar ortaya…