Bir neçə həftə bundan öncə Fransada iPhone 12 modelinin satışlarına qadağa qoyuldu və Apple-dan onun ölkə ərazisində indiyənə kimi satmış olduğu iPhone 12 modellərinin geri çağırılması tələb olundu. Səbəb isə iPhone 12-nin elektromaqnit şüalanması göstəricisinin (SAR) normadan yüksək olmasında idi. Lakin görünür, bu problem artıq həll olunub. Bu problemin ortaya çıxması zamanı Fransa rəsmiləri qeyd etmişdilər ki, sözügedən problem proqram təminatı yenilənməsi vasitəsilə aradan qaldırıla bilər. Maraqlısı ondadır ki, iPhone 12-nin ilk dəfə Fransada satışa çıxması zamanı bu cür problem müşahidə edilməyib.

    Görünür, Apple tərəfindən sonradan istifadəyə verilmiş proqram təminatı yenilənmələri bu problemin yaranmasına gətirib çıxarıb. Apple isə öz növbəsində problemin mövcudluğunu qəbul edib və bildirib ki, o bu problemi proqram təminatı yenilənməsi vasitəsilə aradan qaldıra bilər. Məlum olub ki, şirkət nəzərdə tutulmuş proqram təminatı yenilənməsini Fransanın müvafiq orqanlarına yoxlanış üçün artıq göndərib və həmin yenilənmə təsdiqlənib. Yaxın zamanda şirkət iPhone 12 modeli üçün nəzərdə tutulmuş bu proqram təminatı yenilənməsini istifadəyə verməklə onun Fransa ərazisində satışlarını bərpa edə bilər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Samsung Galaxy S24+ ilə S24 Ultra-nın batareya həcmləri məlum olub

    Samsung Galaxy S24 smartfon seriyasının təqdimatına hələ yarım il qalmasına baxmayaraq bu…

'Azercell Könüllüləri' Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçiriblər

    “Azercell Könüllüləri” tərəfindən Qurban bayramı münasibətilə “Nəsilləri birləşdirən könüllər” aksiyası təşkil olunub.…

Moto G14 adlı yeni büdcəli smartfon təqdimata hazırlaşır

    Motorola brendi bu ilin əvvəlində Moto G13 adlı büdcəli smartfonunu təqdim etmişdi.…

Lenovo IdeaPad Gaming Chromebook Plus noutbuku təqdim olunub – QİYMƏTİ

    Lenovo şirkəti özünün IdeaPad Chromebook Plus seriyasını IdeaPad Gaming Chromebook Plus adlı…

MacOS Sonoma-nın ilk ictimai beta versiyası istifadəyə verilib

    Apple şirkəti Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS Sonoma adlı yeni əməliyyat…