iPhone 15 smartfon seriyasının rəsmi satışlarına keçən həftənin sonunda start verildi. İstifadəçilər isə artıq bu yeni smartfonlarla bağlı problemlər yaşamağa başlayıblar. Belə ki, Reddit istifadəçilərindən biri iPhone 15 Pro modelinin batareyasının şişməsi problemindən xəbər verib. İstifadəçinin sözlərinə əsasən onun heç gözləmədiyi halda smartfon öz keysinə yerləşməyib. İstifadəçi ilk növbədə düşünüb ki, problem məhz keysdədir.

    Lakin cihazın yaxından baxışı zamanı məlum olub ki, onun gövdə ölçüsü böyüyüb. Təqdim olunmuş fotodan da görmək olar ki, ekran bir qədər gövdədən aralanıb. Bununla belə smartfon çalışmağa davam edib. İstifadəçinin sözlərinə əsasən smartfon yerə düşməyib və heç bir fiziki zədəyə məruz qalmayıb. Smartfon öz növbəsində Verizon-dan alınıb və mobil operator istifadəçiyə artıq yeni iPhone 15 Pro-nu təqdim edib. Smartfonda yaranmış bu problemin səbəbinə gəldikdə isə çox güman ki, o, son günlərdə iPhone 15 Pro modellərində yaşanan qızma problemi ilə əlaqəlidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Pixel 8 və Pixel 8 Pro təqdim edilib – QİYMƏTİ

    Google şirkəti Google Pixel 8 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya adi…

Intel-in növbəti nəsil prosessorları Apple M prosessorları ilə rəqabət aparacaq

    Intel şirkətinin CEO-su Pat Gelsinger şirkətin növbəti nəsil prosessorlarının performansları ilə bağlı…

5G-dən imtina smartfonun enerji səviyyəsinə necə təsir göstərir?

    İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş Speedtest servisinin tərtibatçıları mobil şəbəkə növünün…

Samsung Galaxy S24 və S24+ smartfonlarının ekran ölçüləri böyüyə bilər

    Samsung-un Galaxy S24 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu…

Samsung Galaxy Tab S9 FE planşetləri təqdim edilib – QİYMƏTİ

    Samsung şirkəti Galaxy S23 FE smartfonu ilə yanaşı həmçinin Galaxy Tab S9…