Bəzi insayderlərin fikirlərinə əsasən Nintendo şirkətinin növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) Playstation 4Xbox One konsollarının sahib olduqları performansı sərgiləyəcək. Lakin Tom Henderson adlı nüfuzlu insayderin vermiş olduğu məlumata əsasən Nintendo-nun yeni portativ oyun konsolu düşünüldüyündən daha texnoloji olacaq. Öz X hesabında insayder bildirib ki, Nintendo Switch 2 onu sözün əsl mənasında təəccübləndirib.

    İnsayder əmindir ki, oyunların hazırlanması ilə məşğul olan studiyalar növbəti 1 il ərzində olacaq oyun anonsları zamanı oyunların Playstation 5Xbox Series ilə yanaşı həmçinin yeni Nintendo konsolunda da satışa çıxacaqlarını elan edəcəklər. Ola bilsin ki, həmin oyunlar Nintendo-nun yeni oyun konsolunda bir qədər sadələşdirilmiş şəkildə təqdim olunsunlar. Lakin onların təqdim olunacaqları artıq indidən oyunçuları güclü Nintendo konsolu gözlədiyinə işarə edir. Qeyd etmək lazımdır ki, şirkətin öz yeni portativ oyun konsolunu gələn il təqdim edəcəyi gözlənilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Apple micro-LED ekranı ilk əvvəl növbəti Apple Watch Ultra-ya inteqrasiya edəcək

    İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Apple şirkəti micro-LED ekranlı Apple Watch…

Xiaomi öz ilk elektromobilinin təqdimatını yaxın zamanda keçirdə bilər

    Xiaomi aktiv şəkildə öz elektromobili üzərində çalışmağa davam edir. Lakin elektromobilin nə…

iPhone 15-lərdə batareyaların maksimal şarjlarını məhdudlaşdırmaq mümkün olacaq

    Tərtibatçılar iOS 17-nin yeni beta versiyasının kodunu analiz edərək iPhone 15 smartfonları…

Huawei Mate 60-ın daxili konstruksiya formasının fotosu ortaya çıxıb

    Huawei şirkəti Mate 60 smartfon seriyası üzərində aktiv şəkildə çalışmağa davam edir…

HP Chromebook Plus noutbuku təqdim edilib – QİYMƏTİ

    HP şirkəti Chromebook Plus x360 ilə kifayətlənməyərək HP Chromebook Plus adlı daha…