Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözügedən brend altında yeni smart qolbağı təqdim edib. Təqdim edilmiş yeni smart qolbaq Fitbit Charge 6 adını əldə edib. Bu, iki il bundan öncə təqdim edilmiş Fitbit Charge 5-in davamçısıdır. Beləliklə Fitbit Charge 6 smart qolbağı 1.04 düym AMOLED ekranla təchiz olunub. Smart qolbaq özündə GPS-i və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Onun gövdəsi isə 5ATM standartı üzrə sudan qorunur.

    Fitbit Charge 6 smart qolbağı elektrokardioqrammanı reallaşdıra və qandakı oksigen miqdarını ölçə bilir. Üstəlik smart qolbaq 40 ədəd idman rejimini dəstəkləyir. Google sözügedən smart qolbağa Google Maps, Google Wallet və hətta Youtube Music dəstəyini əlavə edib. Lakin Youtube Music dəstəyinin əlavə olunması dedikdə smartfonda işə salınmış musiqinin smart qolbaq vasitəsilə idarəsi nəzərdə tutulur. Fitbit Charge 6 bir dəfə şarj olunandan sonra 7 gün ərzində çalışa bilir. Google artıq bu smart qolbaq üçün ön sifarişlərin qəbuluna start verib. Satışlar payız fəslində başlayacaq. Fitbit Charge 6-nın qiyməti 160$ təşkil edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Honor Watch 4 smart saatı barəsində yeni məlumat ortaya çıxıb

    Bir neçə gün bundan öncə Honor şirkəti rəsmi olaraq bildirdi ki, 12…

iPhone 15-lərdəki batareyaların hansı həcmdə olduqları məlum olub

    Apple şirkəti öz yeni məhsulların təqdimatı zamanı adətən onların texniki tərəfləri barəsində…

iPhone 15 smartfonlarının satışları gecikə bilər

    Bank of America Global Research şirkətinin analitiki Wamsi Mohan 2020-ci ildə bildirmişdi…

iPhone 15-lərdə batareyaların maksimal şarjlarını məhdudlaşdırmaq mümkün olacaq

    Tərtibatçılar iOS 17-nin yeni beta versiyasının kodunu analiz edərək iPhone 15 smartfonları…

Lenovo yeni ultrageniş monitorunu təqdim edib – QİYMƏTİ

    Lenovo şirkəti ThinkVision P49w-30 adlı yeni monitorunu təqdim edib. Təqdim edilmiş bu…