Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı istehsalçılarından biri olan Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim edib. Təqdimat sentyabrın 28-də Bakıdakı Fairmont otelində baş tutub.

    Belə ki, Xiaomi mühəndisləri dünyaca məşhur premium fototexnika istehsalçısı olan Leica şirkətinin mütəxəssisləri ilə sıx əməkdaşlıq çərçivəsində yeniliklərin fotoimkanları üzərində işləyib.

    “Xiaomi 13T və Xiaomi 13T Pro genişləndirilmiş proqram dəstəyi alacaq və 5 il ərzində mütəmadi olaraq yenilənəcəkdir” deyə, Xiaomi PR xidmətinin rəhbəri Daniel Dejarle bildirib.

Ən yüksək texniki xüsusiyyətlərə malik flaqman smartfonlar

    Xiaomi 13T Pro üç kameradan ibarət peşəkar Leica optikasına malikdir: 50 MP əsas kamera (Sony IMX707 sensoru, yeddi linza və optik sabitləşdirmə sistemi), 50 MP teleobyektiv və 12 MP ultra geniş bucaqlı modul. Ön selfi kamerasının təsvir ölçüsü 20 MP-dir.

    Premium smartfon ən son səkkiznüvəli MediaTek Dimensity 9200+ çipi üzərində qurulub və bütün tapşırıqlarda yüksək performansı təmin edir. Xiaomi 13T Pro proqramları sürətli yükləmək və işə salmaq üçün UFS 4.0 standartlı daxili yaddaş, 6.67 düymlük diaqonalı olan AMOLED displeyi və 144 Hz ultra yüksək yeniləmə tezliyi ilə təchiz olunub.

    120 V komplekt enerji təchizatı bloku sayəsində 5000mAh həcmli batareya cəmi 19 dəqiqə ərzində 0-dan 100%-ə qədər dolur. Smartfon IP68 standartı üzrə nəm və tozdan qorunur, NFC kontaktsız məlumat ötürmə modulu, həmçinin Bluetooth 5.4 və WiFi 7 simsiz rabitəsini dəstəkləyən çiplər ilə təchiz olunub. Elektron SİM kartın – eSIM-in işi dəstəklənir.

    Xiaomi 13T köhnə modelə bənzər xüsusiyyətlərə malikdir, lakin bir neçə xüsusiyyəti də var. Beləliklə, prosessor qismində səkkiznüvəli MediaTek Dimensity 8200-Ultra çipi çıxış edir, simli turboyükləmə gücü isə 67 V ilə məhdudlaşır (batareyanın tam dolma müddəti təxminən 42 dəqiqə təşkil edir).

Hədiyyələrlə birgə haradan almaq olar

    Yeni flaqman smartfonu alan zaman Xiaomi sizə hədiyyələr də verir. Xiaomi 13T Pro alıcıları üçün klassik dizayna malik və sapfir şüşə ilə qorunan Xiaomi Watch S1 Active smart saatı hədiyyə şəklində hədiyyə edilir. Xiaomi 13T alıcıları üçün isə parlaq AMOLED ekranlı və 150-dən çox fəaliyyət növünü izləyən yeni Xiaomi Smart Band 8 fitnes qolbağı hədiyyə edilir.

    Yeni məhsulları Kontakt Home, İrşad, Baku Electronics mağazalarından əldə edə bilərsiniz.

    12 GB operativ yaddaşa və 256 GB daxili yaddaşa malik Xiaomi 13T smartfonu 1399.99 AZN, 12 GB operativ yaddaşa və 512 GB daxili yaddaşa malik Xiaomi 13T Pro smartfonu isə 1799.99 AZN-dir. Hər iki model göy, yaşıl və qara rənglərdə satışa buraxılıb.

– Kontakt home URL – https://kontakt.az/az/xiaomi-13t-pro-12-512-gb-alpine-blue 

– İrşad URL – https://irshad.az/telefon-ve-aksesuarlar/mobil-telefonlar/xiaomi 

– Bake Electronics – https://www.bakuelectronics.az/search.html?query=Smartfon+Xiaomi+13T

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Dələduzlar istifadəçilərin məzuniyyət planlarından istifadə edərək məlumatları oğurlayırlar

    Kaspersky şirkəti məzuniyyət sezonu zamanı elektron poçt vasitəsilə reallaşdırılan yeni fişinq (phishing) üsulunu…

iPhone 12-nin satışları digər Avropa ölkələrində də qadağan edilə bilər

    Dünən məlum oldu ki, Fransada iPhone 12-nin satışları qadağan edilib. Səbəb isə…

Norveçin tənzimləyici orqanı Meta-nı hər gün 100 000 dollar dəyərində cərimələməyə başlayıb

    Norveçin məlumatların qorunması üzrə idarəsi Meta şirkətini hər gün 100 000$ dəyərində…

Google Search-ün süni zəka əsaslı axtarış üsulu foto və videolar ilə zənginləşdirilib

Google şirkətinin süni zəka əsaslı Search Generative Experience (SGE) adlı sistemi yeni…

Youtube daxilində online oyunlar üçün Playables adlı platforma test edilir

    Verilmiş məlumata əsasən Youtube daxilində online oyunlar üçün nəzərdə tutulmuş Playables adlı…