Meta Connect tədbiri çərçivəsində Whatsapp tərtibatçıları yaxın zamanda messencerə əlavə ediləcək yeniliklər barəsində məlumat veriblər. Belə ki, yaxın zamanda Whatsapp-a süni zəka əsaslı bir neçə funksiya əlavə ediləcək. Yeni funksiyalar ilk növbədə məhdud sayda istifadəçi üçün aktiv olacaqlar. Beləliklə funksiyalardan biri AI Stickers adını əldə edib. Sözügedən funksiya messencer daxilində süni zəka vasitəsilə stikerlərin tərtib edilməsi imkanını verir.

    İkinci funksiya AI Chats adlanır və o, ChatGPT-nin analoqu qismində çıxış edir. İstifadəçilər bu funksiya vasitəsilə messencer daxilində çat-bota istənilən mövzuda suallar ünvanlaya biləcəklər. Üçüncü funksiya isə messencer daxilində mətn formatında təsvirlər əsasında fotoların tərtib olunması ilə bağlıdır. İstifadəçi botla ünsiyyət çərçivəsində sadəcə “/imagine” əmrini daxil edəndən sonra lazımi fotonun təsvirini qeyd edəcək. Sistem isə təsvir əsasında fotonu tərtib edəcək. 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

"Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim edir!

    Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı olan “Azercell Telekom” MMC yeni…

iPhone 12-nin satışları digər Avropa ölkələrində də qadağan edilə bilər

    Dünən məlum oldu ki, Fransada iPhone 12-nin satışları qadağan edilib. Səbəb isə…

ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib – QİYMƏTİ

    ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Yeni…

iPhone 15-in təqdimat tarixi barəsində məlumat verilib

Apple hal hazırda iPhone 15 smartfon seriyasının təqdimatına hazırlaşır və təqdimat ənənəyə…

Gələn ayın əvvəlindən bəzi smartfonlarda Whatsapp-ın dəstəyi dayandırılacaq

    Gələn ayın əvvəlindən başlayaraq Whatsapp-ın bəzi smartfonlarda dəstəyi dayandırılacaq. Messencerin dəstəyindən məhrum…