Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim edilməmiş iki yeni smartfonunun qeydiyyat məlumatları və fotoları ortaya çıxıb. Fotolardan belə qənaətə gəlmək olar ki, smartfonlar Huawei P60 və Mate 50 modellərinin dizaynlarında reallaşdırılıblar. Bununla belə insayderlərin sözlərinə əsasən bu yeni smartfonlar daha aşağı performanslı texniki göstəricilərə sahib olmalıdırlar.

    Yeni smartfonlardan biri CTR-AL20 qeydiyyat koduna, digəri isə FGD-AL00 qeydiyyat koduna sahibdir. CTR-AL20 qeydiyyat koduna sahib smartfon Huawei Mate 50 dizaynında reallaşdırılıb. Onun arxa panelində dairə formasında kamera sahəsi yerləşir. Həmin kamera sahəsinin daxilində isə 3 ədəd kamera obyektivi mövcuddur. FGD-AL00 qeydiyyat koduna sahib ikinci smartfon isə Huawei P60 smartfonuna bənzəyir.

    Onun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşir. Həmin kamera sahəsinin daxilində isə iki ədəd kamera obyektivi və LED işıqlandırma sistemi mövcuddur. Arxa paneldə kiçik yazıya əsasən smartfonun əsas arxa kamerası 50 MP təşkil edir. Bu smartfonların texniki göstəriciləri, kommersiya məqsədli adları və təqdimat tarixləri barəsində heç bir məlumat yoxdur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

ABŞ generativ süni zəka sistemlərinin risklərini könüllü mütəxəssislər vasitəsilə aradan qaldırmağa çalışacaq

    ABŞ hökuməti ictimaiyyətin süni zəka sahəsi ilə bağlı ixtisaslı təmsilçilərini generativ süni…

Apple çərçivəsiz ekrana sahib iPhone hazırlamağı planlaşdırır

    Smartfon istehsalçılarının əksəriyyəti öz cihazlarındakı ekranları çərçivəsiz adlandırsalar da, reallıqda onlar çərçivələrə…

Google Search üçün Perspectives adlı yeni faydalı funksiya istifadəyə verilib

    Google şirkəti Google Search üçün nəzərdə tutulmuş yeni funksiyanı istifadəyə verib. İstifadəyə…

Valideynlər TikTok-da arzuolunmaz videoları açar sözlər vasitəsilə övladları üçün məhdudlaşdıra biləcəklər

    TikTok tərtibatçıları sosial şəbəkənin Family Pairing adlı sisteminə yeni funksiyanı əlavə ediblər.…

Azercell-in dəstəklədiyi “Böyük dəbilqə”cüdo turniri başa çatıb

    Azercell-in dəstəyi ilə Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo…