Huawei aprel ayında nova 11 smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya nova 11, nova 11 Pro nova 11 Ultra modelləri daxildirlər. İndi isə şirkət daha bir nova 11 modeli üzərində çalışır. Söhbət, nova 11 SE-dən gedir. Məlum olub ki, bu yeni smartfon Çinin TENAA adlı serfitikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində smartfonun render fotosu və bəzi texniki göstəriciləri ortaya çıxıb.

    TENAA-dakı məlumatlara əsasən nova 11 SE smartfonu 108 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 66 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və HarmonyOS 4.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon özündə Full HD+ keyfiyyətli 6.67 düym OLED ekranı birləşdirəcək və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Nova 11 SE-nin hansı prosessor vasitəsilə çalışacağı bilinmir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Hesablamalara görə bütün dünyada ümumilikdə 5 milyard ədəd köhnə mobil telefon mövcuddur

    GSM Association (GSMA) adlı qeyri-kommersiya təşkilatı bir neçə mobil operatorun dəstəyi ilə elan…

Samsung Galaxy S23 smartfonları üçün OneUI 6-nın 5-ci beta versiyası istifadəyə verilib

    Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysini aktual flaqman smartfonlarında…

Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə veriləcək

    Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün…

Samsung Galaxy S23 FE-nin fotoları ortaya çıxıb

    Samsung şirkətinin bu il ərzində Galaxy S23 FE smartfonunu təqdim edəcəyi gözlənilir.…

Samsung Galaxy Tab S9 FE planşetinin vacib texniki göstəricilərindən biri məlum olub

    Samsung yaxın zamanda Galaxy Tab S9 planşet seriyasını təqdim etməlidir. Sözügedən seriyaya…