Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Lenovo Tab M11-dən gedir. İnternetdə bu yeni planşetin render fotoları və bəzi texniki göstəriciləri ortaya çıxıb. Məlumata əsasən Lenovo Tab M11 planşeti 1920×1200 piksel keyfiyyətli 11 düym LCD ekranla təchiz olunacaq. Planşet MediaTek Helio G88 prosessoru vasitəsilə çalışacaq və özündə 4/8/12 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirəcək. Lenovo Tab M11 Android 13-ə sahib olacaq və minimum 2 əməliyyat sistemi yenilənməsini əldə edəcək. Bununla yanaşı planşet stilus dəstəyinə sahib olacaq. Lenovo Tab M11-in yaxın zamanda təqdim olunacağı gözlənilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…